BİZNES

Azərbaycan Rusiyanın bu vilayətində Logistik Mərkəz inşa edəcək
11 SENTYABR
111

Azərbaycan Rusiyanın bu vilayətində Logistik Mərkəz inşa edəcək

2019-09-11 13:51:00

Azərbaycan Sverdlovsk vilayətində meyvə və tərəvəz üçün Logistik Mərkəz inşa etmək niyyətindədir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Sizə məlumdur ki, iki ay əvvəl Yekaterinburqda Azərbaycan Şərab Evi açılıb. Bu gün isə müzakirə olunan Sverdlovsk vilayətində meyvə və tərəvəz üçün Logistik Mərkəzin yaradılmasını öyrəndik. Artıq ilkin razılıq əldə olunub, sabah isə biznes forum çərçivəsində Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası Azərbaycan ilə Sverdlovsk vilayətinin müvafiq şirkəti arasında memorandum imzalanacaq”, - Mustafayev bu gün jurnalistlərə bildirib.

Qeyd edək ki, hələ 2015-ci ildə Logistik Mərkəzin yaradılması məsələsi müzakirə olunub.

Azərbaycan artıq xaricdə logistic mərkəzlərin inşası təcrübəsinə malikdir. 2015-ci ildə “Azersun Holding”in Aktauda inşa etdiyi Logistik Mərkəz istifadəyə verilib. Burada 10 min ton kənd təsərrüfatı məhsulunu, o cümlədən Qazaxıstanın qərbində satış üçün nəzərdə tutulan 2,5 min ton təzə meyvə və tərəvəzi saxlamağa imkan verən müasir soyuducu-anbar kompleksi yaradılıb. Azərbaycan tərəfi birinci mərhələdə mərkəzin tikintisinə 20 mln. avrodan çox sərmayə yatırıb. Layihənin növbəti mərhələsində çeşidləmə və qablaşdırma infrastrukturunun, istehsal və emal müəssisələrinin yaradılması nəzərdə tutulur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır