BİZNES

Vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərən şəxslər hansı vergini verməlidir?
10 SENTYABR
129

Vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərən şəxslər hansı vergini verməlidir?

2019-09-10 17:57:00

Fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərən şəxslərə hansı vergi növü tətbiq edilir? Fins.az xəbər verir ki, bu suala  Vergilər Nazirliyi tərəfindən aydınlıq gətirilərək bildirilib ki, Vergi Məcəlləsinin bu ilin yanvarından qüvvəyə minmiş müddəalarına əsasən, vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Sahibkarlıq subyektlərinə sözügedən xidmətləri göstərən fərdi sahibkar gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır