BİZNES

Azərbaycanın bu Avropa ölkəsində ticarət evi açılacaq
10 SENTYABR
86

Azərbaycanın bu Avropa ölkəsində ticarət evi açılacaq

2019-09-10 14:30:00

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski sentyabrın 10-da keçirdiyi mətbuat konfransında bildirib ki, bu ilin sonuna kimi Azərbaycanda Ukrayna Ticarət Evinin açılması planlaşdırılır. Səfirin sözlərinə görə, Ukrayna Ticarət Evi iki ölkə arasında ticarət dövriyyəsinin artması istiqamətində işlər görməklə yanaşı, konsaltinq və distribütor fəaliyyəti də göstərəcək. V.Kanevski Ukraynanın Azərbaycanda Fəxri konsulluğunun da açılacağını vurğulayıb.

Bakı Slavyan Universitetində Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini xatırladan səfir qeyd edib ki, mərkəzin fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində işlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır