BİZNES

“Worldfood 2019” beynəlxalq ərzaq sərgisi
10 SENTYABR
87

“Worldfood 2019” beynəlxalq ərzaq sərgisi

2019-09-10 10:21:00

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixracının genişləndirilməsi, istehsalın stimullaşdırılması məqsədilə Azərbaycan məhsulları 24-27 sentyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində təşkil edilcək “Worldfood 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq.

Nazirlikdən verilən məlumatda deyilir ki, Azərbaycan artıq 3-cü ildir ənənəvi olaraq “Worldfood 2019” sərgisində tərəfdaş ölkə kimi iştirak edəcək.

Sərgidə müsabiqə yolu ilə müəyyən olunmuş 33 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Ümumi sahəsi 415 kvadratmetr olan stenddə qida sənayesi, həmçinin şərab və digər spirtli içki məhsulları sərgi ziyarətçilərinə təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır