BİZNES

Bu sahədə kapital qoyuluşları 9,7 faiz artaraq 4,6 milyard manata çatıb
09 SENTYABR
106

Bu sahədə kapital qoyuluşları 9,7 faiz artaraq 4,6 milyard manata çatıb

2019-09-09 15:59:00

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektorunun artım tempi 3 faiz, qeyri-neft sektoru üzrə ixrac 17 faiz və qeyri-neft sənayesi 15,8 faiz artdığı halda, inflyasiya cəmi 2,7 faiz təşkil edib və manatın sabitliyi qorunub.

Fins.az xəbər verir ki, V.Qasımlının sözlərinə görə, tədiyə və icmal büdcənin balanslarında müsbət saldonun olması makroiqtisadi sabitlik üçün əsasdır və inqilabi sosial paketin həyata keçirilməsinə zəmin yaradır: “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə uyğun olaraq biznes mühitinin əlverişliliyinin artırılmasının səbəbidir ki, dünyada və regionda sərmayə həcmi azaldığı halda, Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektoru üzrə kapital qoyuluşları 9,7 faiz artaraq 4,6 milyard manata çatıb. Eyni zamanda, fiskal dayanıqlılığın artırılması üçün büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, icmal büdcənin yuxarı həddi və borc strategiyası qəbul edilib. Nəticədə dövlət büdcəsinin neft sahələrindən gəlirləri cari ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251 milyon manat və ya 4,3 faiz azalsa da, qeyrineft sahələrindən gəlirlər 841,1 milyon manat və ya 20,6 faiz artıb”.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır