BİZNES

Latviya Azərbaycan mallarının Şimali Avropada yayılmasına dəstək verə bilər
09 SENTYABR
83

Latviya Azərbaycan mallarının Şimali Avropada yayılmasına dəstək verə bilər

2019-09-09 11:51:00

Latviyanın iqtisadiyyat naziri Ralf Nemiro bildirib ki, Azərbaycandan məhsul ixrac edilməsi üçün bizim ölkənin Avropa Birliyinə giriş qapısı olmaq baxımından yaxşı imkanları var.

Nazir vurğulayıb ki, Latviya limanlarında Azərbaycan mallarının Şimali Avropada paylanması üçün logistika mərkəzlərinin inkişaf etdirilməsi mümkündür: “Latviya logistika mərkəzləri və üç böyük liman – Riqa, Ventspils, Liepaya çay, pambıq, toxuculuq və kənd təsərrüfatı məhsullarının sürətli çatdırılmasını təmin edir”.

R.Nemiro 23 iyul 2018-ci il tarixində Azərbaycanın iqtisadiyyat nazirinin səfəri çərçivəsində Riqada Azərbaycan Ticarət evinin açılışının çox əhəmiyyətli bir addım olduğunu qeyd edib: “Ümid edirik ki, Azərbaycan Ticarət Evi Azərbaycan ixracatçıları üçün yaxşı bir nümunə olacaq və Baltikyanı ölkələrdə, Şimali və Qərbi Avropaya malların daha da sürətli emalı və paylanması məqsədilə Latviyada yeni ticarət, logistika və istehsal müəssisələri yaradılacaq”.

Nazir bildirib ki, Latviya Azərbaycana mal ixracını genişləndirməyə hazırdır: “Gələcək bir layihə olaraq, Hindistan, İran, Orta Asiya və Avropa arasında yeni tədarük zəncirləri də Azərbaycan və Latviya limanları vasitəsilə inkişaf edə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır