BİZNES

15 milyon manatlıq kredit
06 SENTYABR
102

15 milyon manatlıq kredit

2019-09-06 04:03:00

2019-cu ilin əvvəlindən Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 500 fermerə 15 mln. manat ümumi məbləğdə kredit ayrılıb. Bu barədə AKİA-nın sədri Mirzə Əliyev bu gün jurnalistlərə bildirib.

O qeyd edib ki, bu məbləğə kənd təsərrafatı texnikası və heyvanların alışına vəsait daxil deyil.

Əliyev əlavə edib ki, Agentliyin əsas məqsədi mikrokreditlərin verilməsi üçün daha çox sayda fermerləri əhatə etməkdir. Bu kreditlərin məbləği 20-35 min manat civarında dəyişir.

Sahibkarlıq subyektlərinə agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər verilə bilər: 5 000 manatadək - mikrokreditlər; 5 001 manatdan 30 000 manatadək – kiçik həcmli kreditlər; 30 001 manatdan 100 000 manatadək – orta həcmli kreditlər; 100 001 manatdan 200 000 manatadək – iri həcmli kreditlər; 1 000 000 manatadək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər.

Güzəştli kreditlərin müddətləri aşağıdakı kimi müəyyən edilir: mikrokreditlər üçün - 2 ilədək; kiçik və orta həcmli kreditlər üçün - 3 ilədək; iri həcmli kreditlər üçün - 5 ilədək.

Kreditlər üzrə güzəşt müddəti aşağıdakı kimi müəyyən edilir: mikrokreditlər üçün - 12 ayadək; kiçik və orta həcmli kreditlər üçün - 18 ayadək; iri həcmli kreditlər üçün - 24 ayadək.

Agentlik vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi 7 faizdən artıq olmamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır