BİZNES

Azərbaycanın 7 ay ərzində nə qədər ixrac həyata keçirdiyi açıqlanıb- MƏBLƏĞ
04 SENTYABR
93

Azərbaycanın 7 ay ərzində nə qədər ixrac həyata keçirdiyi açıqlanıb- MƏBLƏĞ

2019-09-04 15:59:00

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2019-cu ilin yanvar-iyul ayları ərzində ölkəmizin ixracı 12,3 milyard ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq dövrünə nisbətən 1,5 milyard ABŞ dolları və ya 14 faiz artmışdır. Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yayımladığı "İxrac İcmalı"-nda məlumat verilib.Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 133 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılmışdır. 2018- ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında qeyri-neft sektoru üzrə ixrac 164 milyon ABŞ dolları və ya 17 faiz artmışdır.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır