BİZNES

Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Bakıya gəlir
04 SENTYABR
82

Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Bakıya gəlir

2019-09-04 15:32:00

Sentyabrın 25-də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) vitse-prezidenti Hans Piter Lankesin (Hans Peter Lankes) Bakıya səfəri gözlənilir. İki gün davam edəcək səfər zamanı H.P.Lankesin Azərbaycan hökumətinin iqtisadi komandasına daxil olan qurumların rəhbərləri ilə görüşü, müzakirələr aparması nəzərdə tutulub. Bundan əlavə, vitse-prezidentin Azərbaycan Dövlət Neft Fondunun keçirəcəyi investisiyalara həsr edilmiş beynəlxalq konfransda da iştirakı gözlənilir. H.P.Lankes 2017-ci ildən IFC-də iqtisadiyyatlar və özəl sektorun inkişafı üzrə vitse-prezidentdir.

Xatırladaq ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür və bu vaxta qədər qurum 72 layihə üzrə ölkəmizə 500 mln. ABŞ dolları civarında dövlət zəmanəti olmayan kredit ayırıb. Bu layihələrdən 56-sı uzunmüddətli layihələr olub. Həmçinin IFC özünün ticarətin dəstəklənməsi proqramı çərçivəsində Azərbaycana 80 mln. dollarlıq dəstək verib və Bakı-Tbilisi-Ceyhan kəmərinə isə 250 mln. dollar həcmində kredit ayırıb.

Qeyd edək ki, Dünya Bankı Qrupuna daxil olan IFC "AGBank" ASC-də 4,2 faizlik, "Access Bank" QSC-də isə 16,6 faizlik paya malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır