BİZNES

Müxalifət "Brexit"ə nəzarəti baş nazirin əlindən aldı
04 SENTYABR
116

Müxalifət "Brexit"ə nəzarəti baş nazirin əlindən aldı

2019-09-04 12:43:00

Britaniya Parlamentinin İcmalar Palatası sentyabrın 3-ü səsvermə zamanı özünə gündəliyi müəyyənləşdirmək, dolayısıyla, ölkənin AB-ni tərk etmə tarixinin təxirə salınması üçün imkan yaradacaq qanun layihəsini nəzərdən keçirmək, hətta Brüssellə razılıq əldə edilməsə, “Brexit”-i bloklanmaq hüququ verib. Beləliklə, baş nazir Boris Consonun (Boris Johnson) hökuməti Britaniya parlamentində ilk məğlubiyyəti ilə üzləşib. Bu barədə “DW” portalı xəbər verir.

Bu, ona görə mümkün olub ki, çərşənbə axşamı Conson İcmalar Palatasında “Brexit” ilə bağlı əsas səsvermə ərəfəsində parlamentdəki işgüzar çoxluğu itirib. Mühafizəkarlar Partiyasından deputat Filipp Li (Philipp Lee) avropayönlü “Liberal demokratlar” fraksiyasına qoşulub.

Bundan başqa, ümumilikdə Mühafizəkarlar Partiyasının 21 üzvü, o cümlədən keçmiş xəzinədarlıq kansleri Filip Hammond (Philip Hammond)  baş nazir tərəfdən irəli sürülən planın əleyhinə səs verib.

Səsvermədən dərhal sonra Conson bəyan edib ki, deputatlar ertəsi gün Brüssellə müvafiq razılıq əldə etmədən Londona AB-ni tərk etməyi qadağan edən sərt “Brexit”-ə qarşı qanun qəbul etməsələr, növbədənkənar parlament seçkilərini təşkil etməyə çalışacaq. Bunun üçün ona İclamalar Palatasının üçdə iki hissəsinin dəstəyi lazımdır.

Elə həmin gün parlamentdə deputatlar qarşısında çıxışı zamanı Conson bildirib ki, AB ilə növbəti sammitdən qanunvericilərin “öyrənib, təsdiqləyə” biləcəyi sazişlə geri dönmək istəyir.

Baş nazir bu cür saziş şansının son həftələr artdığını, hökumətin isə Brüssellə danışıqlar tempini gücləndirdiyini iddia edir. Bununla belə, Conson parlament üzvlərindən yeni qanunverici təşəbbüsü dəstəkləməməyə çağırıb. “Əgər bu, baş versə, əldə etdiyimiz bütün irəliləyiş mənasını itirəcək... Bu addım danışıqlarla bağlı istənilən şansı məhv edəcək”, - deyə nazirlər kabinetinin rəhbəri bildirib.

Bir gün əvvəl Conson deputatlarla mövcud ziddiyyətlərlə baxmayaraq, hələlik növbədənkənar seçki elan etməyi planlaşdırmadığını bəyan edib. “Mən seçki istəmirəm. Siz seçki istəmirsiniz. Gəlin, xalqın diktə etdiyi gündəliyi həyata keçirməyə davam edək”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır