BİZNES

Azərbaycana valyuta gətirən şirkətlərin reytinqi AÇIQLANIB
02 SENTYABR
191

Azərbaycana valyuta gətirən şirkətlərin reytinqi AÇIQLANIB

2019-09-02 16:39:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Məskəzinin hazırladığı “İxrac icmalı”nın avqust sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb. Fins.az xəbər bu ilin yanvar-iyul ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yerdə “Socar Polymer” MMC durur. Şirkət ilk 7 ayda 51,2 milyon ABŞ dolları həcmində məhsul ixrac edib. Siyahıda ikinci olan "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin payı isə 49,4 milyon dollar olub. "MKT İstehsalat Kommersiya" MMC 45,1 milyon dollar dəyərində məhsul ixrac etməklə reytinqdə üçüncü olub. Növbəti yerlərdə "Nine Climate" MMC, "Global Export Fruits" MMC, "Caspian enerji-2020" MMC, "Baku Steel Company", “Sun Food" MMC, "P-Aqro" MMC, " Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC durur.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Azərikimya" İB, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, Dövlət Material Ehtiyatlari Agentliyi yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır