BİZNES

Azərbaycanda ixracın həcmi açıqlanıb- MƏBLƏĞ
30 AVQUST
151

Azərbaycanda ixracın həcmi açıqlanıb- MƏBLƏĞ

2019-08-30 16:02:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin avqust sayı təqdim olunub. Fins.az-ın məlumatına görə, icmalın bu sayında  göstərilir ki, 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublikasının ixracı 12,3 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,5 milyard ABŞ dolları və ya 14 faiz  artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 133 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayındaqeyri-neft sektoru üzrə ixrac 164 milyon ABŞ dolları və ya 17 faiz artıb. Cari ilin yanvar-iyul ayları ərzindəRusiyaya 395,9 milyon, Türkiyəyə 251,2 milyon, Gürcüstana 100,4  milyon, İsveçrəyə 88,3 milyon və İtaliyaya 32,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.  2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 17 faiz,  Gürcüstana 23 faiz, İsveçrəyə 13 faiz və İtaliyaya 2,4 dəfə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır