BİZNES

Azərbayacanın xarici dövlət borcunun həcmi açıqlanıb- MƏBLƏĞ
23 AVQUST
240

Azərbayacanın xarici dövlət borcunun həcmi açıqlanıb- MƏBLƏĞ

2019-08-23 16:11:00

01 iyul 2019-cu il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 8,920.0 milyon ABŞ dolları -15,164.1 milyon manatdır. Bu barədə Azərbayucan Respublikası Maliyyə Nazirliyi açıqlayıb. Məlumatda bildirlir ki,  ölkəmizin xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.0 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79,649.0 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır