BİZNES

Azərbaycan I yarımillikdə $68 mln. dəyərində bu məhsuldan ixrac edib
22 AVQUST
140

Azərbaycan I yarımillikdə $68 mln. dəyərində bu məhsuldan ixrac edib

2019-08-22 01:20:00

Fins.az xəbər verir ki, 2019-cu ilin I yarısında Azərbaycan $67 mln. 876,25 min dəyərində qabığı təmizlənmiş meşə fındığı ixrac edib. 

“Yanvar-iyun aylarında Azərbaycan $67 mln. 876,25 min məbləğində 12,248 min ton meşə fındığı ixrac edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac miqdar ifadəsində 1,8 dəfə, dəyər ifadəsində 1,9 dəfə artıb”, - deyə məlumatda bildirilir.

Meşə fındığının əsas ixracatçıları Rusiya, İtaliya və Almaniya olub.

Xüsusilə 6 ay ərzində Rusiyaya $26 mln. 369,25 min məbləğində 5,254 min ton, İtaliyaya $24 mln. 792,8 min məbləğində 4,124 min ton, Almaniyaya isə $10 mln. 171,52 min məbləğində 1,734 min ton fındıq ixrac edilib. Qalan həcm digər ölkələrin payına düşüb.

2018-ci ildə Azərbaycan $93 mln. 507,25 min məbləğində 18,223 min ton qabığı təmizlənmiş meşə fındığı ixrac edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır