BİZNES

Azərbaycanda əhalinin gəlirlərinin nə qədər artdığı AÇIQLANIB
19 AVQUST
139

Azərbaycanda əhalinin gəlirlərinin nə qədər artdığı AÇIQLANIB

2019-08-19 22:08:00

Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6% artaraq 32218,8 milyon manat təşkil edib. Fins.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər nəfərinə orta hesabla 3259,7 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29559,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7% çox vəsait qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır