BİZNES

Azərbaycanlılar arasında populyar Ticarət Əyləncə Mərkəzi budur - SORĞU
19 AVQUST
285

Azərbaycanlılar arasında populyar Ticarət Əyləncə Mərkəzi budur - SORĞU

2019-08-19 14:48:00

Fins.az xəbər verir ki, "Bussines İnsight"-ın təqdim etdiyi sorğu nəticələrinə görə sorğuda iştirak edən bütün respondentlərin (1109 res) 54%-i Ticarət və Əyləncə mərkəzlərinə getmədiyini qeyd edib. Təbii olaraq əyləncə mərkəzlərindən istifadə etməyənlər ən çox regionların payına düşür. Ən populyar TƏM-i məhz Gənclik Mall-dur (22.2%) və əsasən ortadan yuxarı seqmenti özünə cəlb edir. Maraqlıdır ki, Park Bulvar və 28 Mall-un seqmentləri demək olar ki, eyniləşməyə doğru gedir, yəni, hər iki TƏM-nin seqmenti orta seqmentdir. Sorğu nəticələri göstərir ki, ilk dördlükdə qərarlaşan TƏM arasında ən aşağı seqment (ortadan aşağı) məhz Megafun-a üstünlük verir. Rayonlarda yaşayan əhali isə əsasən təbii olaraq rayonlarda fəaliyyətdə olan TƏM-lərə (17.6%) getdiklərini bildirib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır