BİZNES

Azərbaycanlı sahibkar Estoniyada şirkət yaradıb
16 AVQUST
205

Azərbaycanlı sahibkar Estoniyada şirkət yaradıb

2019-08-16 11:49:00

Azərbaycanın rəqəmsal marketinq şirkəti “JUGAAD” -ın rəhbəri Pərviz Azərelli Estoniyada şirkət yaradıb.Fins.az xəbər verir ki, bu barədə o özü məlumat verib.  Pərviz Azərelli bildirib ki, "Digitaalne EZTONİA" OÜ adlı şirkəti Estoniyada qeydiyyatdan keçirməyə nail olub. Fikirlərinin davamında o qeyd edib ki, “Azərbaycanlı olaraq Avropaya digital xidmətlərimizin ixracının başlanğıcı deməkdir. Eston şirkəti olmaq Avropa Birliyinin bərabər hüquqlu şirkəti olmaq deməkdir və Avropa Birliyi ölkələrinə daha asan formada xidmətlərin göstərilməsi deməkdir. Hindistanda JUGAAD-ı kəşf etdiksə Avropada isə bundan sonra bizi (Digitaalne Eztonia) şirkəti kimi tanıyacaqlar”

Qeyd edək ki, Pərviz Azərelli Azərbaycanda geniş çeşidli  rəqəmsal marketinq xidmətləri təklif edən “JUGAAD” şirkətinin təsisçisi və rəhbəridir.

 Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır