BİZNES

Yükdaşıma ilə məşğul olan şəxslər 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir
15 AVQUST
132

Yükdaşıma ilə məşğul olan şəxslər 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir

2019-08-15 14:55:00

Mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitəsi olmadan yüklərin beynəlxalq daşınmasını müqavilə əsasında daşıyıcılar vasitəsilə həyata keçirən şəxslərin hansı vergi öhdəliyi yaranır?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən fins.az-a bildirilib ki, yükdaşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar vergi tutulan əməliyyatların həcmi 200 min manatdan artıq olduqda, bu xidmətlər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Bu fəaliyyətdən əldə edilən ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257