BİZNES

Azərbaycana alıcı missiyası təşkil edilir
15 AVQUST
98

Azərbaycana alıcı missiyası təşkil edilir

2019-08-15 10:23:00

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2019-cu ilin noyabr aynda xarici şirkətlər üçün Azərbaycana alıcı missiyası təşkil edir. Bu barədə fins.az-a AZPROMO-dan məlumat verilir.

“Missiya Almaniya Federativ Respublikası, Polşa və Xorvatiya bazarlarında fəaliyyət göstərən şirkətlər üçün təşkil olunur. Alıcı missiyasının əhatə etdiyi hədəf məhsullar: qida sənayesi, şərab və spirtli içki istehsalıdır. Missiyanın keçiriləcəyi tarix - 18-23 noyabr”, - AZPROMO-dan qeyd ediblər.

Alıcı missiyasında iştirak arzusunda olan şirkətlər 10 oktyabr 2019-cu i tarixinədək zəruri sənədləri təqdim etməlidir.

O cümlədən, Fonddan bildiriblər ki, alıcı missiyasında iştirak edən xarici şəxslər Azərbaycana səfəri ilə bağlı mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla) xərcləri İqtisadiyyat Nazirliyi tərəfindən təmin olunacaq.

Alıcı missiyası qeyri-neft məhsullarının alışı məqsədilə təşkil olunur. Missiyaya yalnız 10 alıcı daxil ola bilər, onlar ölkədə 6 gündən çox qalmamalıdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır