BİZNES

Rusiya şirkətləri üçün Azərbaycana alıcı missiyası təşkil ediləcək
14 AVQUST
170

Rusiya şirkətləri üçün Azərbaycana alıcı missiyası təşkil ediləcək

2019-08-14 17:48:00

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2019-cu ilin oktyabr aynda Rusiya şirkətlər üçün Azərbaycana alıcı missiyası təşkil edir. Bu barədə fins.az-a AZPROMO-dan məlumat verilir.

“Missiya Rusiya bazarında fəaliyyət göstərən şirkətlər üçün təşkil olunur. Alıcı missiyasının əhatə etdiyi hədəf məhsullar: şərab və spirtli içki istehsalıdır”, - AZPROMO-dan qeyd ediblər.

Alıcı missiyasında iştirak arzusunda olan şirkətlər 15 sentyabr 2019-cu i tarixinədək zəruri sənədləri təqdim etməlidir.

O cümlədən, Fonddan bildiriblər ki, alıcı missiyasında iştirak edən xarici şəxslər Azərbaycana səfəri ilə bağlı mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla) xərcləri İqtisadiyyat Nazirliyi tərəfindən təmin olunacaq.

Alıcı missiyası qeyri-neft məhsullarının alışı məqsədilə təşkil olunur. Missiyaya yalnız 10 alıcı daxil ola bilər, onlar ölkədə 6 gündən çox qalmamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır