BİZNES

Sahibkarlar üçün seminar keçiriləcək
14 AVQUST
102

Sahibkarlar üçün seminar keçiriləcək

2019-08-14 17:02:00

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) birgə təşkilatçılığı ilə avqustun 22-də mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri üçün “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar keçiriləcək.

KOBİA-dan fins.az-a bildirilib ki, məqsəd KOB subyektləri arasında müasir dövrün tələblərinə uyğun innovativ sahiblik düşüncə tərzinin inkişaf etdirilməsi, alternativ maliyyə mənbələri, onların üstünlükləri, müvafiq resurslara çıxış imkanları və bu sahədə beynəlxalq təcrübə barədə sahibkarların məlumatlandırılmasıdır.

Seminarda iştirak etmək istəyən sahibkarlar müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” seminarı yazmaqla agentliyin “[email protected]” e-mail ünvanına göndərməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır