BİZNES

Vergilər Nazirliyində yeni departament rəhbərləri təyin olundu-ADLAR
10 AVQUST
738

Vergilər Nazirliyində yeni departament rəhbərləri təyin olundu-ADLAR

2019-08-10 12:49:00

Prezident İlham Əliyevin 24 iyul tarixli sərəncamları ilə Vergilər Nazirliyinin departamentləri əsasında yaradılmış baş idarələrin rəislərinin adı açıqlanıb

Fins.az Vergilər Nazirliyinin saytına istinadən xəbər verir ki, hazırda departamentlər əsasında yaradılmış Vergilər Nazirliyinin strukturuna daxil olan baş idarələrin rəhbərləri dəyişməyib.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru olmuş Xəqani İsgəndərov bu departamentin əsasında yaradılmış Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi rəisi, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru olmuş Elçin Yusubov bu departament əsasında təşkil olunmuş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin baş direktoru olmuş Azər Məmmədov bu departament əsasında təşkil olunmuş İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təsdiq ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır