BİZNES

İyul ayında bu məhsulların qiyməti dəyişməyib
09 AVQUST
112

İyul ayında bu məhsulların qiyməti dəyişməyib

2019-08-09 15:35:00

2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3 faiz bahalaşıb.Fins.az xəbər verir ki,  Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin iyul ayında əvvəlki aya nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri isə sabit qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır