BİZNES

Azərbaycanın İranla birgə müəssisələrin yaradılmasının müzakirəsi
05 AVQUST
167

Azərbaycanın İranla birgə müəssisələrin yaradılmasının müzakirəsi

2019-08-05 17:39:00

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib.

İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, İqtisadi İşlər və Maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd, Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami, Sənaye, Mədən və Ticarət naziri Reza Rəhmani ilə keçirilən görüşlərdə nəqliyyat, iqtisadi-ticarət, energetika, sənaye, kənd təsərrüfatı, səhiyyə, İKT, turizm, humanitar, xidmət və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətləri, o cümlədən birgə müəssisələrin yaradılması barədə fikir mübadiləsi aparılıb.

 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır