Vergilər naziri Mikayıl Cabbarov Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas ilə görüşüb.Fins.az-ın məlumatına görə, səfir Valdas Lastauskasın Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilmiş görüşdə nazir Mikayıl Cabbarov qonağın iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüşdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyi qeyd edilib, bu əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminlik ifadə olunub və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.