BİZNES

Konsaltinq şirkətlərinə dövlət satınalmaları ilə bağlı təlim
01 AVQUST
88

Konsaltinq şirkətlərinə dövlət satınalmaları ilə bağlı təlim

2019-08-01 14:45:00

onsaltinq şirkətləri dövlət satınalmaları ilə bağlı məlumatlandırılıb. Fins.az-ın məlumatına görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən fins.az-a verilən məlumata görə,  “E-satınalma modelinin tətbiqi” mövzusunda təlimdə konsaltinq şirkətlərinə dövlət satınalmalarında iştirak prosedurları, bu sahədə qanunvericilikdə edilmiş dəyişikliklər, www.etender.gov.az vahid internet portalı barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Elektron Hökumətin İnkişafı Mərkəzinin mütəxəssislərinin iştirakı ilə bu mövzuda növbəti təlim avqustun 2-də keçiriləcək.

 Müəllif :Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır