BİZNES

“Yaşıl dəhliz" buraxılış sistemindən daimi isrifadə hüququ alanların sayı açıqlanıb
30 İYUL
94

“Yaşıl dəhliz" buraxılış sistemindən daimi isrifadə hüququ alanların sayı açıqlanıb

2019-07-30 10:19:00

 Fins.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac əməliyyatları üzrə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilmiş xarici ticarət iştirakçılarının sayı 159, idxal əməliyyatları üzrə isə 234-ə çatıb. “Yaşıl dəhliz" buraxılış sistemindən daimi isrifadə hüququ alanlar arasında müəyyən dövlət və böyük sahibkarlıq subyektləri də mövcuddur. Qeyd edək ki, “Yaşıl dəhliz" buraxılış sisteminin ölkəmizdə tətbiqi sahibkarlığın inkişafı üçün həyata keçirilmiş mühüm tədbirklərdən biridir. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi – bu Qaydanın tələblərinə və şərtlərinə uyğun olaraq müəyyən hüquqları əldə etmiş hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər:

- idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 (bir) il ərzində təcrübəsi olan;

- gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan;

- daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan (bundan sonra – anbar) istifadə edən;

- qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş.

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda dayandırır:

- “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə,

- idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi tələblərə riayət etmədikdə.

Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ 3 ay, lakin 12 aydan çox olmamaqla dayandırılır.

Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun müvəqqəti dayandırılması barədə qərar qəbul etdiyi gündən bir iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən ən azı 30 gün əvvəl şəxsə məlumat verməlidir.

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar bu qaydanın 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırıldıqda, şəxsin müraciətinə əsasən, istifadə hüququ bərpa edilir və bu barədə qəbul edildiyi gündən 1 iş günü müddətində şəxsə və aidiyyəti üzrə digər qurumlara məlumat verilir.

Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda ləğv edir:

- “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə,

- “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ almaq üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatların olduğu aşkar edildikdə,

- hüquqi şəxs ləğv olunduqda, yaxud fiziki şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya vəfat etdikdə,

- idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi 12 (on iki) ay ərzində idxal-ixrac əməliyyatı aparmadıqda,

- “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu qaydanın 2.1.5-ci yarımbəndində nəzərdə tutulan cinayəti törətdikdə,

- “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına əsas olmuş səbəblər bu qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində aradan qaldırılmadıqda.

Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun ləğv edilməsi haqqında qərar qəbul etdiyi gündən 1 iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun ləğv edilməsi halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən əvvəl şəxsə ən azı 30 gün əvvəl məlumat verməlidir.

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ ləğv edilən şəxs bu barədə qərar qəbul edildikdən ən azı 6 ay sonra yenidən bu hüququ əldə etmək üçün müraciət edə bilər.

Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilən, dayandırılan, bərpa və ya ləğv edilən şəxslərin elektron qaydada uçotunu aparır və bu məlumatlar Komitənin saytında yerləşdirilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır