BİZNES

Azərbaycanda otellər nə qədər gəlir əldə edib ? - MƏBLƏĞ
29 İYUL
102

Azərbaycanda otellər nə qədər gəlir əldə edib ? - MƏBLƏĞ

2019-07-29 12:43:00

Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 milyon manat olmuşdur. Fins.az-ın xəbər verir ki, bu barədə Dövlət Statistika  Komitəsinin yayımladığı məlumatda bildirilir. Məlumatda bildirilir ki, onun da 66,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır