BİZNES

Azərbayacan benzinin idxalına aksiz vergisini 80 dəfə azaldıb
29 İYUL
475

Azərbayacan benzinin idxalına aksiz vergisini 80 dəfə azaldıb

2019-07-29 09:57:00

Nazirlər Kabineti yüngül distilyatlar və məhsulların (emalın spesifik prosesləri) idxalı üçün aksiz dərəcələrini azaltmağa dair qərar qəbul edib.Fins.az xxəbər verir ki, nazirlər Kabinetinin qərarına əsasən, ölçü vahidi 1 ton olmaqla yüngül distilyatlar və məhsulların (emalın spesifik prosesləri) idxalına aksiz dərəcələri 1 manat təşkil edəcək (hazırda 80 manatdır).

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir (avqustun 26-dan).

Qeyd edək ki, yüngül distilyatlara LPG, benzin və nafta aiddir.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257