BİZNES

Pərviz Azerelli: "Satışların artırılmasına, brendlərin daha da möhkəmlənməsinə köməklik göstəririk"
22 İYUL
841

Pərviz Azerelli: "Satışların artırılmasına, brendlərin daha da möhkəmlənməsinə köməklik göstəririk"

2019-07-22 12:38:00

Məlumdur ki, müasir dünyada marketinq biznesin inkişafında mühüm amil hesab olunur. Texnologiyalar, informasiya və kommunikasiya alətlərinin geniş imkanları maketinqin ənənəvi və rəqəmsal formalarının yaranmasını stimmulaşdırıb. Dünyanın rəqəmsal marketinq texnologiyalarının ölkəmizdə tətbiqi hazırda aktualdır. Ölkəmizdə də rəqəmsal marketinq xidməti təklif edən şirkətlərin də sayı artır. Fins.az-ın müsahibi  "Jugaad" Rəqəmsal Maketinq şirkətinin rəhbəri Pərviz Azerellidir.

Rəhbərlik ediyiniz şirkətin əsas fəaliyyət idtiqamətləri nədir ?

Bizim əsas fəaliyyət istiqamətimiz rəqəmsal marketinqdir. Şirkətlərə internet məkanında müxtəlif marketinq alətləri ilə dəstək olmaqla satışlarının artırılmasına, brendlərinin daha da möhkəmlənməsinə köməklik göstəririk. Hazırda 7 milyon insan ölkədə bu və ya digər formada internet istifadəçisidir və ona görə də son illər çoxları bu sahədə olan xidmətlərdən yararlanmağa meylləndiyindən biz də 1 il öncə kreativ agentlik istiqamətindən bu sahəyə keçid etdik. Hazırda “Jugaad” şirkəti olaraq yalnız rəqəmsal marketinq istiqamətində fəaliyyət göstəririk.

Azərbaycanda rəqəmsal marketinqlə bağlı hansı yenilikləri tətbiq etmisiniz  və edə bilərsiniz ?

İlk öncə onu qeyd edim ki, Azərbaycan yeniliklər etmək üçün ideal bir yerdir. Bunun əsas səbəbi ölkəmizə digital sahədə baş verən yenilkiklərin bir az gec gəlib çatmasıdır. Dünyanın inkişaf etmiş ölkələrində xüsusilə Amerikada çıxan yeniliklər və tətbiqlər elə olur ki, ölkəmizə bir neçə ildən sonra gəlib çatır. Bizim digital şirkət olaraq əsas vəzifəmizdə bu müddətin qısalmasına xidmət etmək oldu və ona görə də Remarketinq və Lead Genration kimi yenilikləri ilk tətbiq edənlərdən olmuşuq. Digital elə bir sahədir ki, burda Rusiya və Türkiyədən (dil amilinə görə) nəyisə öyrənib tətbiq etdikdə artıq gecikmiş olacaqsınız. Çoxları da dil faktoruna görə bu istiqamətlədən məlumat aldıqlarından  uğurlu olmaqda çətinlik çəkirlər.

Hazırda rəqəmsal marketinqin trendləri nədir  və həmin trendlərin hansıları Azərbaycan bazarı üçün aktualdır ?

Hazırda rəqəmsal marketinq sahəsində olan trendlərlə ölkəmizdəkilər arasında böyük bir “gap” var. Dünyada olan trendlər əsasən süni intellekt (ai), hiper fərdiləşmə, İOT kimi sahələrə aid marketinq alətlərinin və uyğulamalarının tətbiqinə meyllənsədə ölkəmizdə vəziyyət biraz fərqlidir. Bizdə isə bir trendin yerli şəraitdə aktuallaşıdırlması üçün zəmin yaradılması lazımdır. Çox zaman şirkətlərimiz yeni trendlərin onlara nə verəcəyini anlamaqda çətinlik çəkirlər. Bu gün rəqəmsal marketinq deyəndə böyük bir kütlə və bir sıra sahibkarlar elə birilər ki, bu Facebook-da şəkil çəkib paylaşmaq deməkdir. Bunun analitika və tətbiqlərlə dolu elm olduğunu heç ağıllarına belə gətirmək istəməyənlər var.

Azərbaycanın rəqəmsal marketinq bazarının spesifik cəhəti nədir və bu cəhətlərdən hansılardan imtina edilsə ölkəmizdə bu sahənin sürətli inkişafına nail olmaq olar

 Düşünmürəm ki, bu sahədə hansısa spesifik cəhətlərimiz var. Bizim bircə çatışmayan tərəfimiz var, o da məlumasızlıqdır. Bu gün internetə çıxış, internet platformalarından istifadə ölkəmizdə azad şəkildə həyata keçirilir. Hər kəs internetdən istifadə etməklə blokçeyn-dən tutmuş instagramda post paylaşmağa qədər istədiyini edə bilər. Sadəcə, məlumatsızlıq ucbatından istər sahibkarlarımız və istərsə də investorlarımız bu sahəyə skeptik yanaşırlar. Amma dünyanın inkişaf etmiş ölkələrində investorların ən əsas investisiyaları da bu sahədədir. Əgər dünən dünyanın top şirkətləri istehsal və xidmət sahəsində çalışan şirkətlər idisə bu gün bu yerləri Amazon, Facebook, Uber və s kimi digital şirkətlər tutmaqdadır. Məlumatsızlıq ucbatından ölkədə 100-lərlə ağıllı cavanların startapları ürəyində qalır. Gecikməyək deyə məlumatlı olmalıyıq.

Sizin şirkət satışı artırmaq üçün hər hansı şirkətə nə təklif edir ?

Bizim şirkətin bir devizi var. “Do more with less” – Daha az ilə çoxuna nail olmaq. Rəqəmsal marketinqin satışda həddindən artıq böyük üstünlüyü var. Dünənə qədər ənənəvi marketinq formatında yanaşsaq, daim marketinq və satış komandası arasında mübarizə gedirdi. Hər kəs satışda daha böyük rola malik olduğunu isbat etməyə çalışırdı. Rəqəmsal yanaşmada isə biraz baxışlar fərqlidir. Biz çalışrıq ki marketinq və satış komandası bir yerdə işləməyə çalışsın, satış komandasını da rəqəmsal kampaniyaların tətbiqinə cəlb edilir. O ki, qaldı şirkətlərə nə təklif etməyimizə: Bizim işimiz sadəcə satışı artırmaqdır. Ay ərzində ads-lər vasitəsilə minimum 1 milyon kütləyə şirkətin məhsul və xidmətləri barədə məlumatları Google, Facebook, İnstagram və minlərlə saytlar üzərindən çatdırmaqla analitikalar aparırıq. 1 ayın sonunda şirkətin daxili və xarici durumu bizə güzgü kimi aydın olduqdan sonra real nəticələrə istiqamətlənmiş marketinq tədbirləri görürük.

Sizin şirkəti rəqəmsal marketinq bazarında üstün edən nədir? Yəni rəqəmsal marketinq sahəsində sizin təkif etdiyiniz hansı üsulun Azərbaycanda alternative yoxdur ?

Bizim rəqəmsal marketinqə baxışımızda fərqliliklər var. Biz gördük ki, rəqəmsal sahə ən tez yeniləmələrə məruz qalan sahədir və burada ən yeni məlumatları olanlar uğurlu ola biləcəklər. Ona görə də mütəmadi Hindistana səfərlər edirik. Hindistan Amerikadan sonra dünyada digitalda ikinci ən böyük gücə malik ölkədir. Amerikanın əksər böyük digital və tech şirkətləinin burda ofisləri var. Getdiyimiz şəhərin 10 milyon əhalisinin 8 milyonu İT sahəsi mütəxəssisləridir. Biz də hər dəfə ora getməklə son trendlərddən xəbər tutur və tətbiq yollarını öyrənirik.  Ölkəmizdə isə bizim xüsusi cəhətimiz məlumatlı komandamızın olmasıdır. Bizim komada üzvləri hamısı ingilis dilli uşaqlardır və onların gündəlik işlərindən biri də Amerikada və Hindistandakı trendləri izləməkdir. Alternativi olmayan, düşünürəm ki, hansısa üsuldan daha çox işə yanaşmamız ola bilər.

Şirkətlərə digital marketinq tərəfdaşı seçərkən əsas nələrə fikir vermələrini məsləhət görürsünüz ?

Digital tərəfdaş seçərkən düşünürəm ki, iki əsas məqama fikir verməlidir.  1) Şirkətdə güclü marketoloqların olub olmamasına; 2) Digital trendləri nə dərəcədə tətbiq etməsinə

Şirkətlərin çoxunda SMM meneceri deyə bir vəzifə var. Bizdə çox hallarda bunlar sosial şəbəkələrdə şəkil paylaşıb “cool” postlar yazanlar olurlar. Şəkil paylaşıb, bayağılaşmaqla daha çox “like” alacaqları gümanı ilə nə desən edirlər. Birdə görürsən ki, böyük şirkətlərin belə postları olur. Çoxlarında elə bir fikir yaranıb ki, gülməli post paylaşmaq yaxşı  (engagement) əks əlaqə yaratmaq üçün yaxşı vasitədir. Düşnürəm ki, şirkətlət brendlərinin ciddiliyini qorumalıdırlar. Digital tərəfdaşlarının heç olmasa 10 illik marketinq təcrübəsi olan əməkdaşları olmalıdır. Bu şirkətin digital strategiyasını hazırlayan marketoloq hədəfləndirməni, analitikanı və remarketinqi yaxşı şəkildə bilməlidir.

O ki, qaldı ikinci məsələyə, Digital marketinqdə yeni trendlərdən xəbərdar olma və onların tətbiq olunması məsələləridir. Hazırda Lead Generation və Remarketinq kimi üsullar vardır ki, son aylarda ölkəmizdə daha yaxşı nəticələr verir. Bu istiqamətlərdə tətbiqlər verməyi, veb saytlarını digital platformaların tələblərinə uyğun qurmağı tövsiyyə edirəm.

Məlumdur ki, sosial şəbəkələr eyni zamanda ayrı-ayrı rəqəmsal platformalar aqrotimləri tez tez dəyişir. Bu dəyişikliklərlə ayaqlaşmaq üçün nələri məsləhət görərdiniz ?

Alqoritmlətin tez-tez dəyişdiyini hiss edən şirkətlərdən biri də bizik. Əvəllər çox narahat olurduq. İstədiyimiz tətbiqlərdən nəticə ala bilmirdik. Buna görə də bizim bu dəyişiklikləri izləyən “developer” imiz var. Uğurlu olmaq üçün bu işləri bilmək lazımdır. Elə ona görə də şirkətlər digital tərəfdaşların olması vacibdir.Çünki şirkətlər bu yenilikləri izləmək üçün kifayət qədər vaxta və potensiala malik deyillər. Bu sahə gün gündən dərinləşməkdədir. Buna baxmayaraq bir neçə sayt sadalaya bilərəm ki, yeniliklərdən xəbərdar olmaq üçün bunları daim izləmək lazımdır: Bunlar – MOZ, Growth Hackers, Crazyegg və s.

Rəqəmsal marketinq sahəsində nələri etmək olmaz ?

Rəqəmsal marketinq sahəsində məlumatsız şəkildə nələrisə etmək xoşa gəlməyən nəticələr verə bilər. Bir vaxtlar developer-lər Google birinci səhifəsində  çıxmaq üçün açar sözlərdən istifadə edirdilər. 2011-ci ildə Google-un bu istiqamətdə Panda alqoritmi çıxdı və belə edənlərə əksinə cərimələyib arxa səhifələrə göndərdilər. Məsələ bundan ibarətdir ki, sosial şəbəkələrin və platformaların yeniləmələrini daim izləməli və buna uyğun şəkildə tətbiq vermək lazımdır. Yenilikləri izləmədən bu sahədə işlərin görülməsi problemlərə gətirib çıxara bilər.

Azərbaycanda rəqəmsal marketinq sahəsində tərəfdaşınız çoxdur yoxsa rəqibiniz ?

Biz bu sahədə çalışanları rəqib gözü ilə baxmırıq. Bizim yanaşmamız tamam  fərqlidir. Bizim işimiz sterotipləri qırmaqdır. Bundan zövq alırıq. Satışda alınmayanları edirik. Qısa bir vaxtda qurulmuş şirkətə qısa müddətdə satışlara çıxmasına köməklik edirik. Xaricdə satışını artırmaq üçün xarici ölkələrdə digital ads-lər edirik və s. Bizim əsas məqsədimiz ölkəmizdə bu sahənin kifayyət qədər inkişaf etməsinə köməklik göstərməkdir. Biz nələrisə gizlətməyə də meyilli deyilik. Tək bir istəyimiz var: Bu ölkədə hər kəs digitallaşsın və qloballaşan dünyanın aparıcı bir parçasına çevrilə bilsin.

Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır