Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 24 iyul 2019-cu il tarixində Neftçala şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: H.Əliyev prospekti 35) Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonları və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək. Fins.az nazirliyə istinadən məlumat verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar 19-22 iyul 2019-cu il tarixlərində Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Neftçala, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.