BİZNES

“KOB Dostu” sahibkara güzəştli kreditlə bağçılıq təsərrüfatını genişləndirməyə kömək etdi
18 İYUL
120

“KOB Dostu” sahibkara güzəştli kreditlə bağçılıq təsərrüfatını genişləndirməyə kömək etdi

2019-07-18 16:27:00

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən mikro, kiçik və orta sahibkarlara göstərilən informasiya, məsləhət, dövlət və özəl qurumlarla əlaqələndirmə xidmətlərindən indiyədək yüzlərlə sahibkar yararlanıb. Agentklikdən fins.az-a verilən məlumatda bildirilir ki, Xaçmaz rayonunun Nərəcan kəndində bağçılıqla məşğul olan Məhərrəm Ələsgərov Agentliyin informasiya və məsləhət xidmətlərindən istifadə edərək, bağçılıq təsərrüfatını genişləndirən sahibkarlardandır.

Sahibkar Məhərrəm Ələsgərov: “Bağçılıq təsərrüfatımı genişləndirmək üçün maliyyə dəstəyinə ehtiyacım vardı. Xaçmaz “KOB Dostu” məni dövlətin güzəştli kreditləri, bunun üçün lazım olan sənədlər barədə ətraflı məlumatlandırdı və dəstək göstərdi. Dövlətin güzəştli krediti hesabına bağçılıq təsərrüfatımı genişləndirmişəm”.

Müəllif: Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır