BİZNES

Biznes sahələri üzrə ilin ikinci yarısı üçün icra və kommunikasiya planları təsdiqlənib
17 İYUL
178

Biznes sahələri üzrə ilin ikinci yarısı üçün icra və kommunikasiya planları təsdiqlənib

2019-07-17 17:10:00

İyulun əvvəlində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sədri, Baş Nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən biznes sahələri üzrə icra və kommunikasiya planları təsdiq edilib.

Fins.az xəbər verir ki, iyulun 17-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirilən tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Şıxəliye icra və kommunikasiya planları barədə danışıb. Planlar dövlət-biznes dialoqu platforması çərçivəsində sahibkarlar və biznes assosiasiyalarının nümayəndələri ilə geniş müzakirə olunub, müvafiq istiqamətlər üzrə təkmilləşdirilməli sahələr və məsələlər dəqiqləşdirilib, onların həlli yolları müəyyən olunub.

İcra və kommunikasiya planlarında əsas hədəf bu ilin əvvəlində istifadəyə verilmiş yeni rəqəmsal elektron sistemlərin tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi və bu sahədə növbəti inkişaf etdirilməli sahələrin müəyyən olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır