BİZNES

Azərbaycanda qadın sahibkarların sayı AÇIQLANIB
17 İYUL
85

Azərbaycanda qadın sahibkarların sayı AÇIQLANIB

2019-07-17 16:40:00

Fərdi sahibkarların 78,4 faizini kişilər, 21,6 %-190,080 mini isə qadınlar təşkil edib. Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yayımladığı məlumatda qeyd olub. Bildirilir ki, qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,2 faizini, "Digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət sahəsində 25,4 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir. Sahibkar qadınların 32,8 faizi Bakıda, 17,1 faizi Aran, 16,2 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,2 faiz), Gəncə-Qazax (25,7 faiz) və Lənkəran (22,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır