BİZNES

Sahibkarlar üçün seminar - İştirak sərbəstdir
16 İYUL
162

Sahibkarlar üçün seminar - İştirak sərbəstdir

2019-07-16 18:08:00

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi -KOBİA və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının  birgə təşkilatçılığı ilə iyulun 19-da mikro, kiçik və orta sahibkarlar üçün “Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək.

KOBİA-dan fins.az-a bildirilib ki, məqsəd sahibkarların bazarın öyrənilməsi, marketinq, gəlir və xərclər planının hazırlanması, pul axınının idarə edilməsi barədə məlumatlandırılmasıdır.

Qeyd edək ki, seminarda iştirak ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır