BİZNES

İranlı nazir müavinindən Azərbaycanla İran arasındakı ticari münasibətlərlə bağlı AÇIQLAMA
13 İYUL
146

İranlı nazir müavinindən Azərbaycanla İran arasındakı ticari münasibətlərlə bağlı AÇIQLAMA

2019-07-13 17:09:00

“İran Azərbaycanla ticarət əlaqələrini iki dəfə artırmağı qarşısına məqsəd qoyub”. 

Fins.az-ın  APA-a istinadən verdiyi məlumata görə,bu sözləri İranın ticarət, sənaye və mədən nazirinin müavini Səid Zərəndi deyib. 
O bildirib ki, qeyri-neft məhsulların ixracatı sahəsində iki ölkə arasında  əməkdaşlıq üçün geniş potensial mövcuddur və buna görə onlar əməkdaşlığı genişləndirmək niyyətindədirlər: “İki və ya üç illik bir zaman kəsiyində ölkələr arasında əlaqələrin iki dəfə artırılmasını istəyirik”.

S. Zərəndi İranda Azərbaycana ixracatın həcminin 400 milyon dollar həcmində olduğunu vurğulayıb.

“Müştərək İqtisadi komissiyanın iclaslarının davamlı keçirilməsi və iki ölkənin dəmir yollarının birləşdirilməsi iki tərəfli əlaqələrin inkişafında böyük dəyişiklik yarada bilər. Hər iki ölkə xalqının mədəniyyət və yaxınlığı da  mövcud əlaqələrin inkişafına zəmin yaradır”, - nazir müavini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269