BİZNES

Azərbaycan əhalisi I yarımillikdə istehlak mallarının alınması xərclərini 2,8% artırıb
12 İYUL
72

Azərbaycan əhalisi I yarımillikdə istehlak mallarının alınması xərclərini 2,8% artırıb

2019-07-12 16:29:00

2019-cu ilin I yarısında Azərbaycan əhalisi ticarət obyektlərindən 17 mlrd. 977,9 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,8% çoxdur. Bu barədə fins.az- a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 8 mlrd. 944,9 mln. manat (2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 2,5%), qeyri-ərzaq mallarının alınmasına 9 mlrd. 33 mln. manat (artım 3,1%) sərf olunub.

Cari ilin I yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 44,9%-i ərzaq məhsullarının, 4,9%-i içki və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,9%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 150,9 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 152,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269