BİZNES

Avropa İttifaqı Azərbaycanın ən böyük investorudur
12 İYUL
102

Avropa İttifaqı Azərbaycanın ən böyük investorudur

2019-07-12 15:19:00

Avropa İttifaqı  Azərbaycanın neft və qeyri-neft sektorlarında ən iri investordur. Fins.az-ın  məlumatına görə, bu barədə Avriopa İttifaqının materiallarında deyilir.

Qeyd olunur ki, Aİ ticarət sahəsində Azərbaycanın ən iri tərəfdaşıdır: “2018-ci ildə Aİ-nin Azərbaycanın ticarətində payı 41,7 faiz təşkil edib. Aİ Azərbaycan üçün ən iri ixrac (54,3 faiz) və idxal (20,3 faiz) bazarıdır”.

Aİ-nin Azərbaycandakı biznes mühiti ilə bağlı beş prioritet islahatı arasında vergi, gömrük, təhsil, hüquq və maliyyə sahələrində şəffaflığın və sabitliyin təmin olunması yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır