BİZNES

Azərbaycanda bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinin miqdarı açıqlanıb- MƏBLƏĞ
12 İYUL
111

Azərbaycanda bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinin miqdarı açıqlanıb- MƏBLƏĞ

2019-07-12 15:05:00

2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyərək 18,0 milyard manata bərabər olmuşdur. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsininj yayımladığı hesabatda məlumat verilib.Sözügedən məlumatda bildirilir ki, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 303,2 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 11,5 manat çox olub.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır