BİZNES

Şahin Mustafayevdən müstəqillik dövründə Azərbaycana qoyulan investisiyalarla bağlı açıqlama
11 İYUL
116

Şahin Mustafayevdən müstəqillik dövründə Azərbaycana qoyulan investisiyalarla bağlı açıqlama

2019-07-11 14:25:00

Müstəqillik dövrü ərzində Azərbaycan iqtisadiyyatına 263 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub.Fins.az-ın məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf edir. Bu ilin sonunadək ölkə iqtisadiyyatının 3,1%, qeyri-neft sektorunun isə 3,4% artacağı proqnozlaşdırılır.

"Ölkənin xarici dövlət borcunun ÜDM-də 19% təşkil etməsi də Azərbaycan iqtisadiyyatının dayanıqlı olmasından xəbər verir", - deyə nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269