BİZNES

Bu sahədə yoxlamalara görə 23 mindən çox vətəndaş müraciət edib
10 İYUL
95

Bu sahədə yoxlamalara görə 23 mindən çox vətəndaş müraciət edib

2019-07-10 15:44:00

Fins.az-ın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin 1-ci yarım ili ərzində vergi orqanlarına 137.569 müraciət daxil olub ki, bunların da 93,5 faizi ərizə, 6,4 faizi şikayət, 0,1 faizi təklifdir. Müraciətlərin 80,8 faizi tam, 0,2 faizi qismən müsbət həll olunub, 17,4 faizi barədə müvafiq izahatlar verilib, qalanları üzrə müvafiq tədbirlər görülüb.

Daxil olmuş müraciətlərin 51,7 faizi müxtəlif arayışların alınması, 17,3 faizi kameral vergi yoxlamaları, 13 faizi sosial sığorta ödənişləri, 7,8 faizi vergi borcları, qalanları isə digər məsələləri əhatə edib. Hesabat dövründə vergi orqanlarına daxil olmuş bütün müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra olunub.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027