Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat olub.

Beş ayın göstəriciləri üzrə mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi-texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.