BİZNES

Rəqabət ortamında bazar
10 İYUL
165

Rəqabət ortamında bazar

2019-07-10 12:39:00

"Mənim nə dostum var, nə də düşmənim –yalnız rəqiblər" Aristotel

Bazar nədir? Bazar yırtıcılar mühiti, bizim fəaliyyət mühitimiz və ya daha pis olan fəaliyyətsizlik, qalib olmaq üçün arena, ən ağıllı, hiyləgər və güclülərin qalib gəldiyi mübarizə meydanıdır. Rəqibsiz bazarda siz mübahisəsiz qalibsizsə, amma artıq ilk baxışda əhəmiyyətsiz sayıla bilən belə rəqibiniz olduqda artıq komfort zonadan çıxaraq, favorit olmaq üçün gələcək inkişafa istiqamətlənməlisiniz.

İnkişaf dedikdə evolyusiya və yeni biznes ideyaları, biznes prosessləri reallaşdırılma yolu ilə stabil vəziyyətdən çıxmaq nəzərdə tutulur, çünki inkişaf etməyən şirkət məhvə məhkumdur və bu sadəcə zaman məsələsidir. Bazar özlüyündə stabil olmamalıdır, çünki daim yeniliklər yaranır, təzə köhnəni məhv etdiyi kimi güclüdə zəifi məhv edir.

Dünyanın sürətlə dəyişməsi bizi gündən dünə daha çox geriyə atır və bundan xilas olmağın ən düzgün yolu gələcəyə yatrım etmək strategiyasına köklənməkdir. Biz hətta gələcəyin necə olacağını  bilməsək belə, məqsədyönlülük, qərar qəbul edilməsində çeviklik və maliyyə hazırlığı ilə, qısa zamanda ona uyğunlaşa bilərik. İnvestisiya haqqında cildlərlə kitablar ve məqalələr yazılıb, lakin nəticə kimi əsas bir qaydanı qeyd etmək vacibdir – səhv investisiya rəqib şirkətə və ya şirkətlərə investisiya etmək deməkdir. Çünki sizin hər uğursuzluğunuz sizi zəiflətdiyi qədər də rəqibinizi gücləndirəcək.   

Sonda qeyd etmək istərdim ki, yuxarıda sadalanan fəaliyyət istiqamətlərinin nəticəsi, məhz  sizin gələcək mövcudluğunuzda həlledici rol oynayanın – istehlakçının məmnunluğudur.

 

Müəllif: Emin Z. Abasov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027