BİZNES

Sahibkarlar Özbəkistandakı sərgi və yarmarkalarda iştiraka dəvət olunurlar
10 İYUL
132

Sahibkarlar Özbəkistandakı sərgi və yarmarkalarda iştiraka dəvət olunurlar

2019-07-10 11:01:00

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu -AZPROMO sahibkarlara müraciət edib. AZPROMO-dan fins.az-a verilən məlumata görə, ilin sonunadək Özbəkistanın paytaxtı Daşkənddə kənd təsərrüfatı, tekstil, səhiyyə, enerji, logistika və sair sahələri əhatə edən sərgi və yarmarkalar keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgi və yarmarkalarda iştiraka dəvət olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır