BİZNES

Sahibkarlığın İnkişafı Fondu bu bölgəyə 50,1 mln. manat güzəştli kredit verib
09 İYUL
183

Sahibkarlığın İnkişafı Fondu bu bölgəyə 50,1 mln. manat güzəştli kredit verib

2019-07-09 16:51:00

Sahibkarlığın İnkişafı Fondu 2019-cu ilin əvvəlindən 50,1 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

“Ümumi dəyəri 182 mln. manat layihələrin maliyyələşdirilməsi üçün 545 sahibkara 50,1 mln. manat məbləğində güzəştli kredit ayrılıb. Bu layihələrin reallaşdırılması 2 minə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq”, - məlumatda bildirilir.

Bu gün SİF tərəfindən Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkarlara 476 mln. manat ümumi məbləğdə güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 30-dan artıq yeni iş yerinin açılmasına imkan yaradacaq.Verilən kreditlər heyvandarlıq, balışçılı, üzümçülük və s. sahələrdə layihələrin reallaşdırılmasına yönəldiləcək.

İndiyədək Dağlıq Şirvan iqtisadi rayonunda faəliyyət göstərən sahibkarla SİF tərəfindən 1969 layihənin maliyyələşdirilməsinə 73,4 mln. manat güzəştli kredit verilib.

 Qeyd edək ki,  2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.

2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.

SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır