BİZNES

Vergi öhdəlikləri ilə bağlı tələblər sərtləşdirilir
09 İYUL
112

Vergi öhdəlikləri ilə bağlı tələblər sərtləşdirilir

2019-07-09 16:33:00

Parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.Fins.az xəbər verir ki, dəyişikliyə əsasən satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir.

Belə ki, qüvvədə olan qanuna əsasən, satınalmada iştirak edənlərin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş  öhdəlikləri olmamalıdır. Təklif edilən dəyişikliyə əsasən, həm də son 1 il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması tələb ediləcək.

Təklif olunan dəyişiklikdə məqsəd satınalma prosedurlarında iştirak etmək istəyənlərin vergiləri vaxtında və tam ödəməsinə məsuliyyətini artırmaqdır.

Qeyd edək ki, dəyişikliklər layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027