BİZNES

Bu sahədə dövriyyə 8% artıb
08 İYUL
107

Bu sahədə dövriyyə 8% artıb

2019-07-08 15:31:00

Dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunan nəticələr qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artımına gətirib. Fins.az-ın məlumatına görə, xüsusilə də özəl sektorun vergi daxilolmalarında xüsusi çəkisinin yüksəlməsi müşahidə olunmaqdadır. Bununla yanaşı, 2019-cu ilin yanvar-may aylarında qeyri-neft-qaz sektorunun dövriyyələrində, habelə ƏDV-yə cəlb olunan və elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrdə artım dinamikasının yüksəlməsi iqtisadiyyatda şəffaflaşma proseslərinin sürətlənməsini təsdiq edir.2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyələr 8 faiz artıb.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır