BİZNES

Azərbaycanın “ən böyüyü” Türkiyədə qida şirkətini alır
08 İYUL
543

Azərbaycanın “ən böyüyü” Türkiyədə qida şirkətini alır

2019-07-08 13:59:00

Türkiyənin süd və süd məhsullarının istehsalı ilə məşğul olan, yarım əsrdir fəaliyyət göstərən “Yörsan Gida Mamülleri San. Ve Tic. AŞ” şirkətinin Azərbaycan firmasına satılması üçün danışıqlar gedir.

Fins.az "Hüriyyet"-ə“Yörsan”ın satılması üçün Azərbaycandan olan bir firma ilə aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Azərbaycan şirkətinin Türkiyə təmsilçiləri “Yörsan”dan alacaqları olan banklar, firmalar və süd kooperativləri ilə danışıqlar aparıb. May ayında Balıkesir Susurlukda təşkil edilmiş toplantıya qatılan vəkil deyib ki, Azərbaycan şirkətinin təmsilçiləri “Yörsan”dan borclarını ala bilməyən süd kooperativlərinə təklif veriblər. Təklifə əsasən kooperativlərə borcun 65 faizi birdəfəlik ödənilməli, qalan hissəsi isə silinməliydi. Lakin bu təklif qəbul edilməyib. Daha sonra Azərbaycan şirkəti borcun 85 faizinin qaytarılması təklifini verib.

Məlumata görə, “Yörsan”ı almaq istəyən firma Azərbaycanın ən iri süd və süd məhsulları istehsalçısıdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır