BİZNES

Sərbəst satış sertifikatı nədir və kimlərə verilir ?- QAYDALAR
08 İYUL
68

Sərbəst satış sertifikatı nədir və kimlərə verilir ?- QAYDALAR

2019-07-08 13:24:00

“Azexport” portalının meneceri Ayxan Qədəşov qeyd edib ki, sərbəst satış sertifikatı hazırda dünyada könüllü xarakter daşıyan sertifikatdır: “Qida, dərman və insan orqanizmi ilə birbaşa təmasda olan məhsullara nəzarətin daha da güclənəcəyini nəzərə alsaq, bu sertifikatın ixracatçı şirkətlər üçün icbari sertifikatlar siyahısına daxil edilməsi ehtimalı böyükdür”.

Fins.az-ın məlumatına görə, sərbəst satış sertifikatı Azərbaycanda ilk dəfə “Azexport” portalı tərəfindən təqdim olunub. Sertifikatın verilməsi ilə “Made in Azerbaijan” brendi adı ilə istehsal olunan qida, dərman və insan orqanizmi ilə birbaşa təmasda olan məhsullar artıq Filippin, İndoneziya, Dominikan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Amerika, Çin və sair ölkələrə ixrac olunmağa başlanıb. Bu, “Made in Azerbaijan” brendi adı ilə istehsal olunan məhsulların ixrac coğrafiyasının genişlənməsinə, qeyri-neft ixracının artmasına töhfə verir.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271