BİZNES

AZPROMO Rusiyanın bu bankı ilə əməkdaşlıqla bağlı müqavilə imzalayıb
08 İYUL
95

AZPROMO Rusiyanın bu bankı ilə əməkdaşlıqla bağlı müqavilə imzalayıb

2019-07-08 12:33:00

"Qazprombank” və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) uzunmüddətli əsasda qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı məqsədilə Rusiya və Azərbaycan arasında ekspert birlikləri və işgüzar dairələr arasında kommunikasiyaların inkişafına dair razılığa gəlib.Fins.az xəbər verir ki, "Qazprombank”ın məlumatına görə, “İnnoprom” beynəlxalq sənaye sərgisi çərçivəsibndə bağlanan niyyət protokolunda müvafiq niyyətlər öz əksini tapıb.

Sənədi “Qazprombank”ın vitse-prezidentio Andrey Savçenko və AZPROMO-nun prezidenti səlahiyyətlərini icra edən Yusif Abdullayev imzalayıblar.

“Tərəflər müxtəlif sahələrdə işgüzar əməkdaşlığın stimullaşdırılması məqsədilə beynəlxalq səviyyədə ümumi kommunikasoya meydançalarının inkişafı üçün əməkdaşlıq etməyi planlaşdırır. Həmçinin maliyyə-sənaye qrupları, istehsalat birlikləri, assosiasiya və fəaliyyətləri işgüzar əməkdaşlığın inkişafına yönələcək səhmdar cəmiyyətlərin təşkilinə şərait yaratmaq nəzərdə tutulur”, - məlumatda qeyd olunur.

Bundan başqa, protokolda qeyd olunan təşəbbüslərin reallaşdırılması zamanı tərəflər tərəfdaşlıq haqqında sazil imzalamağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027